ain.az, Milli.az saytına istinadən bildirir.
Bakının mərkəzində yerləşən "Tarqovu" ərazisində çəkilən görüntülər sosial şəbəkələrdə diqqət çəkib.
Milli.Az xəbər verir ki, "TikTok" videosu hazırlayan gənc qızların davranışları və qeyri-adi rəqs hərəkətləri ətrafdakı insanların marağına səbəb olub. Ərazidən keçən şəxslərin onlara təəccüblə baxdığı anlar da görüntülərdə əks olunub.
Sosial mediada yayılan video qısa zamanda geniş müzakirələr yaradıb. Bəzi istifadəçilər bunu əyləncəli hesab etsə də, digərləri ictimai məkanda bu cür davranışların diqqət çəkmək üçün edildiyini bildirib.
Müzakirələrə səbəb olan görüntülər müxtəlif platformalarda sürətlə yayılmağa davam edir.
Hüseyn
Milli.Az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.