EN

"Reuters": İsrail ABŞ-İran danışıqlarından kənarda qalıb​​​​​​​

"Reuters":

İsrailin Baş naziri Benyamin Netanyahu şəxsi söhbətlərində İranla ilkin razılaşma əldə etməyə çalışan ABŞ Prezidenti Donald Trampın qərarlarına təsir göstərə bilmədiyini etiraf edir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi İsraildəki mənbələrinə istinadən məlumat yayır.

Mənbələrin bildirdiyinə görə, Netanyahu ABŞ və İran arasında müzakirə olunan anlaşma memorandumu ilə bağlı narahatlığını ifadə edib. Agentlik yazır ki, İsrail bu danışıqlardan "böyük ölçüdə kənarda qalıb". Eyni zamanda, adı açıqlanmayan bir İsrail rəsmisi bildirib ki, Netanyahu özü də etiraf edir ki, "indi ABŞ prezidenti üzərində heç bir təsir gücünə malik deyil".

Nəşr qeyd edir ki, ilkin razılaşmanın şərtləri yəhudi dövləti üçün həyati əhəmiyyət kəsb edən İranın nüvə proqramı və zənginləşdirilmiş uran ehtiyatları problemlərini həll etmir. Bundan əlavə, Netanyahu İsrailin bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatları davam etdirmək imkanını saxlamalı olduğunu təkid edir. Agentliyin məlumatına görə, Tehran bu ölkədə hərbi əməliyyatların dayandırılmasını tələb edərsə, bu məqam sazişi poza bilər.

Məryəm Quliyeva

Chosen
17
1
xalqcebhesi.az

2Sources