EN

Dzyuba MMA döyüşünə çıxır

Fanat portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiya millisinin keçmiş futbolçusu Artyom Dzyuba qarışıq döyüş növü (MMA) döyüşündə döyüşə bilər. 

Fanat.Az xəbər verir ki, bunu TASS-a "Fight Nights" təşkilatının rəhbəri Kamil Hacıyev bildirib. 

Döyüşün detalları barədə hələlik məlumat verilməyib. Bununla belə, 37 yaşlı forvard artıq hazırlıqlara başlayıb. O, bir neçə dəfə UFC döyüşçüsü Aleksandr Volkovla, həmçinin keçmiş boks üzrə dünya çempionu Roy Cons ilə məşq edib.

Qeyd edək ki, Dzyuba ötən gün "Akron" klubundan ayrılıb. Karyerasını davam etdirməyi planlaşdıran hücumçu Rusiyanın digər təmsilçisi "SKA-Xoborovsk"a keçməyə hazırlaşır. 

Mirağa

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
1
1
fanat.az

2Sources