EN

Kamran Ağabalayev etiraz etdi: “80 manat və 2 bal çox ağırdır”

Aktyor Kamran Ağabalayev taksi sürücülərinə tətbiq olunan cərimələrlə bağlı narazılığını dilə gətirib.

Dərgi.az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında etdiyi paylaşımda taksi xidmətlərinin fəaliyyətinə təsir göstərən bəzi qaydaların həm sürücülər, həm də sərnişinlər üçün ciddi çətinliklər yaratdığını bildirib.

Kamran Ağabalayev qeyd edib ki, taksi xidməti insanların rahatlığını təmin etmək üçün fəaliyyət göstərir və sürücülər sərnişinləri mənzil başına təhlükəsiz və komfortlu şəkildə çatdırmağa çalışırlar. Onun sözlərinə görə, sərnişini götürmək və ya düşürmək üçün qısa müddətə dayanmağa görə sürücülərin cərimələnməsi xidmətin keyfiyyətinə mənfi təsir edir.

Aktyor xüsusilə şəhərin müxtəlif ərazilərində sərnişinlərin istədikləri nöqtədə minib-düşməsinin çətinləşdiyini vurğulayıb. O hesab edir ki, mövcud qaydalar bəzi hallarda həm müştəriləri əlavə məsafə qət etməyə məcbur edir, həm də sürücüləri cərimə riski ilə üz-üzə qoyur.

Sənətçi bu cür hallara görə tətbiq olunan 80 manat məbləğində cərimə və sürücülük vəsiqəsinə 2 cərimə balının yazılmasının ağır qərar olduğunu bildirib. Ağabalayev hesab edir ki, sərnişin rahatlığı nəzərə alınmaqla bu məsələyə yenidən baxılmalı, həm vətəndaşların, həm də sürücülərin maraqlarını qoruyan daha çevik mexanizm hazırlanmalıdır.

Aktyorun bu fikirləri sosial şəbəkələrdə də müzakirələrə səbəb olub.

 

Bu gönderiyi Instagram’da gör

 

Dergi.az (@dergi.az)’in paylaştığı bir gönderi

Chosen
26
1
dergi.az

2Sources