EN

İtaliya əsilli futbolçu: "Azərbaycan millisinin formasını geyinmək böyük şərəfdir"

"Azərbaycanda altı il yaşamışam və bu ölkəni çox sevirəm. Ona görə də burada komandaya qoşulacağım günü səbirsizliklə gözləyirəm".
 
Moderator.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın U-21 millisinə cəlb olunan İtaliyanın "Sampdoriya" komandasının futbolçusu Lorenzo Mezzotero deyib.
 
Gənc hücumçu əsas məqsədinin daim inkişaf etmək olduğunu söyləyib:
 
"Hazırda bütün diqqətimi hər gün daha da yaxşılaşmağa yönəltmişəm. Çox çalışmaq, oyundan zövq almaq, komandanın qələbələrinə töhfə vermək və qollar vurmaq istəyirəm. Qalan uğurlar isə addım-addım gələcək".
 
Oyunçu Azərbaycan millisində oynamağın onun üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib:
 
"Bu komandanın formasını geyinmək böyük şərəfdir".
 
Futbolçu İtaliya millisindən hər hansı təklif almadığını da vurğulayıb.
 
Məlumat üçün bildirək ki, Lorenzo Mezzotero "Neftçi" Futbol Akademiyasının yetirməsidir.
 
Qeyd edək ki, U-21 millisi mayın 28-dən 30-dək Bakıda, mayın 31-dən iyunun 10-dək isə Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olacaq. Kollektiv Türkiyədəki hazırlıq çərçivəsində iyunun 6-da Bəhreyn, 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı 2 yoldaşlıq oyunu keçirəcək. "Sav" stadionunda baş tutacaq hər iki matçın Bakı vaxtı ilə saat 18:00-da başlanması nəzərdə tutulur.
Chosen
15
2
moderator.az

3Sources