EN

Mərkəzi Florida Universitetinin professoru BAAU nun qonağıdır Fotolar

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

ABŞ-nin nüfuzlu ali təhsil müəssisələrindən olan Mərkəzi Florida Universitetinin professoru Naim Kapucu Fulbright Mütəxəssis Proqramı (Fulbright Specialist Program) çərçivəsində Bakı Avrasiya Universitetinin (BAAU) qonağıdır.

“Qafqazinfo” xəbər verir ki, professor Naim Kapucunun BAAU-ya səfəri çərçivəsində universitet rəhbərliyi ilə görüş keçirib.

Görüşdə universitetin rektoru dosent Səyavuş Qasımov, prorektorlar, fakültə dekanları, kafedra müdirləri və struktur bölmə rəhbərləri iştirak ediblər.

Rektor, dosent Səyavuş Qasımov professor Naim Kapucunun BAAU-da səfərdə olmasının universitetin beynəlxalq əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Rektor çıxışında ali təhsil müəssisələri arasında akademik əməkdaşlığın genişləndirilməsinin, beynəlxalq təcrübə mübadiləsinin və birgə elmi fəaliyyətin müasir dövrdə xüsusi önəm kəsb etdiyini qeyd edib.

Daha sonra çıxış edən professor Naim Kapucu ali təhsil sistemində innovativ yanaşmalar, elmi tədqiqatların təşkili, akademik idarəetmə və beynəlxalq elmi əməkdaşlığın perspektivləri barədə fikirlərini diqqətə çatdırıb. Professor BAAU-da olmaqdan məmnunluğunu ifadə edərək gələcəkdə qarşılıqlı akademik əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Elmi işlər üzrə prorektor, professor Gülzar İbrahimova universitetdə elmi fəaliyyətin inkişaf istiqamətləri, beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsi və birgə elmi tədqiqatların əhəmiyyəti barədə fikirlərini bölüşüb. O, beynəlxalq təcrübə mübadiləsinin ali təhsil müəssisələrinin elmi potensialının gücləndirilməsi baxımından mühüm rol oynadığını qeyd edib.

Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Sevda Rzayeva professor Naim Kapucunun zəngin elmi-pedaqoji fəaliyyəti və beynəlxalq akademik mühitdəki nüfuzu haqqında məlumat verib. Bildirilib ki, professor Naim Kapucu hazırda Mərkəzi Florida Universitetində dekan müavini və Pegasus Professor kimi fəaliyyət göstərir.

Görüşdə BAAU-nun fakültə dekanları və kafedra müdirləri də çıxış edərək beynəlxalq akademik əməkdaşlığın inkişafı, birgə elmi fəaliyyət və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, BAAU-nun hazırladığı layihə ABŞ Dövlət Departamentinin nüfuzlu Fulbright Mütəxəssis Proqramı çərçivəsində müsbət qiymətləndirilərək qəbul edilib. Layihə çərçivəsində professor Naim Kapucu 18 may – 3 iyun 2026-cı il tarixlərində BAAU-da mühazirələr söyləyəcək, elmi seminarlar və akademik görüşlər keçirəcək. Layihə universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi, müəllim və tədqiqatçıların qlobal elmi mühitə inteqrasiyası və gələcək birgə layihələrin həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
6
qafqazinfo.az

1Sources