EN

Totti “Rolex”ləri həyat yoldaşı ilə bölə bilmədi

ain.az, Idman.biz saytına istinadən bildirir.

İtaliyanın “Roma” futbol komandasının sabiq kapitanı Françesko Totti və həyat yoldaşı İlari Blazi boşanma prosesi üzrə növbəti dəfə məhkəmə qarşısına çıxıblar.

İdman.Biz xəbər verir ki, tərəflər əmlak bölgüsü, üç övlad üçün aliment və uzun müddətdir mübahisə mövzusu olan “Rolex” saatları ilə bağlı razılığa gələ bilməyiblər.

Tottinin geri almaq istədiyi bahalı saatlarla bağlı problem 2022-ci ildən davam edir. Hakimin məsələni sülh yolu ilə həll etmək cəhdlərinə baxmayaraq, sabiq futbolçu ilə Blazi ortaq mövqeyə gəlməyib.

Məhkəmənin boşanma ilə bağlı qərarı təxminən iki ay sonra qüvvəyə minəcək. Bundan 30 gün sonra tərəflərin hər biri yenidən ailə qura biləcək. İlari Blazinin 37 yaşlı almaniyalı iş adamı Bastian Müller ilə evlənmək niyyətində olduğu bildirilir.

Tərəflər arasında əsas mübahisə üç övlad üçün alimentin məbləği, Blazinin və uşaqların yaşadığı villanın taleyi, həmçinin “Rolex” saatlarının kimdə qalacağı ilə bağlıdır. Əmlak bölgüsü üzrə prosesin sentyabrda davam edəcəyi gözlənilir.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
18
icma.az

1Sources