EN

Nigeriyada terrorçuların girov götürdüyü 92 nəfər xilas edildi

Nigeriyanın şimal-şərqində "Boko Haram" və ISWAP terror təşkilatlarının girov götürdüyü 92 mülki şəxs xilas edilib.
 
Moderator.az xəbər verir ki, Nigeriya ordusu Borno ştatında terrorçulara qarşı "Hadin Kai" əməliyyatı keçirib. Əməliyyat zamanı girov saxlanılan şəxslər azad olunub.
 
Əməliyyatın media üzrə məsul nümayəndəsi Sani Uba bildirib ki, xilas edilənlər arasında 52 kişi, 33 qadın və 7 uşaq var.
 
Onun sözlərinə görə, əməliyyat müşahidə və izləmə sistemlərinin dəstəyi ilə uğurla həyata keçirilib.
 
Qeyd edək ki, Nigeriya uzun illərdir "Boko Haram" və ISWAP terror təşkilatlarının hücumları ilə üzləşir.
Chosen
15
2
moderator.az

3Sources