EN

Konsulumuzun nəşi Azərbaycana gətirildi - YENİLƏNİB

Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranovun cənazəsi Azərbaycana gətirilib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə deyib.

O qeyd edib ki, diplomat bu gün Göyçayda dəfn olunacaq.

***

12:27

Qeyd edək ki, Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranov mayın 23-də xidməti fəaliyyətini yerinə yetirərkən Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında avtomobil qəzasında ölüb.

"Cebheinfo.az"

Chosen
28
5
cebheinfo.az

10Sources