EN

"Kənd təsərrüfatının inkişafı urbanizasiyanın qarşısının alınmasında əsas prioritetdir" - Zülfiyyə Nuriyeva

"Azərbaycan bu günlərdə növbəti mötəbər beynəlxalq tədbirə — World Urban Forum 13-ə ev sahibliyi edir. Bu forum şəhərsalma, infrastrukturun inkişafı, əhalinin sosial rifahının yüksəldilməsi, kənd və şəhər ətrafı ərazilərin balanslı inkişafı kimi mühüm mövzuları əhatə edir".

QHT.az xəbər verir ki, bu fikirləri Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva 2026-cı il mayın 20-də “WUF13 Urban Expo”dakı QHT Agentliyinin pavilyonunda "Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək" İctimai Birliyi tərəfindən "Yaşıl təchizat zəncirində yaşıl logistika" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı söyləyib.

Z.Nuriyevanın sözlərinə görə, kənd təsərrüfatı və ixracın inkişafının urbanizasiyanın qarşısının alınmasında əsas prioritetdir: "Xüsusilə urbanizasiyanın qarşısının alınması istiqamətində kənd təsərrüfatının inkişafı, məhsulların istehsalı və ixracı, müasir texnikaların təmin edilməsi, eləcə də sahibkarların xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi əsas prioritetlər sırasında yer alır".

Zülfiyyə Nuriyeva bildirib ki, sahibkarlar forumlarının beynəlxalq bazarlara çıxışa xidmət edir: "Bizim təşkilat da ənənəvi olaraq hər il sahibkarlar forumları təşkil edir. Bu forumlarda iştirak edən sahibkarlar öz məhsullarını beynəlxalq bazarlara çıxarmağı hədəfləyirlər. Məhz bu məqsədlə mütəmadi olaraq müxtəlif forum və təşəbbüslər həyata keçiririk".

Zəhra Ağayeva

Chosen
21
qht.az

1Sources