EN

Paytaxtda dəhşətli faciə: Şişi də, kababı da yandırdı, hələ 62 mənzili də

Finlandiyanın paytaxtı Helsinkidə onlarla ailəni evsiz qoyan dəhşətli yanğın hadisəsi baş verib. Eyvanda kabab bişirmək istəyən sakinin ehtiyatsızlığı bütöv bir binanın faciəsinə səbəb olub.

Publika.az xəbər verir ki, hadisə Helsinkinin Kalasatama rayonunda qeydə alınıb.

Gecə saatlarında 4-cü mərtəbədə eyvanların birindən başlayan alov sürətlə binanın dam örtüyünə keçib.

İlkin məlumata görə, yanğına səbəb mənzil sahiblərindən birinin qaz manqalından istifadə etməsi olub. Alov qısa zamanda nəzarətdən çıxaraq bütöv konstruksiyanı ağuşuna alıb.

Helsinkidə son illərin ən böyük fəlakətlərindən biri hesab olunan yanğının söndürülməsinə 30-a yaxın yanğınsöndürən briqada və xüsusi texnika cəlb edilib. Alovla mübarizə təxminən 10 saat davam edib. Yanğın zamanı bina sakinləri təcili şəkildə təxliyə olunublar. Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.

Chosen
22
publika.az

1Sources