Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) yeni mətbuat katibi təyin edilib.Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə SOCAR-dan məlumat verilib. Bu vəzifəyə Emin Sevdimalıyev təyinat alıb.E.Sevdimalıyev müxtəlif media qurumlarında, o cümlədən “Trend”də fəaliyyət göstərib.Qeyd edək ki, E.Sevdimalıyevə qədər bu vəzifəni Orxan Hüseynov tuturdu.