EN

Leyla Əliyevaya Qurani Kərim” hədiyyə olundu FOTO

Modern.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Masallı rayonuna səfər edib.

Modern.az xəbər verir ki, səfər çərçivəsində Leyla Əliyeva rayonun tarixi və dini-mədəni abidələrindən biri olan Masallı Cümə məscidini ziyarət edib, məscidin tarixi və memarlıq xüsusiyyətləri ilə yaxından tanış olub.

Bildirilib ki, Masallı şəhərinin mərkəzində yerləşən Cümə məscidi 1846-cı ildə şəhər sakinləri və yerli xeyriyyəçilərin maliyyə dəstəyi ilə inşa olunub. Müstəqillik illərində məscid bərpa edilərək yenidən ibadətgah kimi fəaliyyətə başlayıb. Sonrakı illərdə dövlət tərəfindən əsaslı təmir olunan məscid 2001-ci ildə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilib.

Sonda Leyla Əliyevaya "Qurani-Kərim” hədiyyə olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
27
38
modern.az

10Sources