Azərbaycan bankları 2026-cı ilin yanvar-aprel ayında komissiyadan 144.2 mln. manat gəlir əldə ediblər.
Banker.az bunu Mərkəzi Banka istinadən xəbər verir.
Bu da illik müqayisədə komissiya gəlirlərinin 4% artımı deməkdir. Ötən ilin eyni dövründə komissiya gəlirləri 139.2 mln. manat olmuşdu.
2026-cı ilin yanvar-aprel aylarında banklar 438.5 milyon manat xalis mənfəət, 658.7 milyon manat əməliyyat mənfəəti əldə ediblər.