EN

Tanınmış tarzən Sahib Paşazadə Özbəkistanda mükafatlandırılıb

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 25 may, AZƏRTAC

Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, tanınmış tarzən, Özbəkistanın mədəniyyət səfiri Sahib Paşazadə Özbəkistan Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Ziyoli Avlod” Mədəniyyət və Təhsil Mərkəzi tərəfindən təltif edilib.

Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Əməkdar artist bu təltifə Özbəkistanla mədəni və təhsil sahəsində göstərdiyi xidmətlərə görə layiq görülüb.

Mərkəzin direktoru Ənvər Xojinazarov tarzənə “Ziyali Avlod - Millat İftixorı” medalını təqdim edib. Mükafatlandırma mərasimində hər iki mərkəzin rəhbərləri gələcəkdə daha sıx əməkdaşlıq etmək və birgə memorandum imzalamaq barədə razılığa gəliblər.

Sahib Paşazadə öz növbəsində sənətinə və xidmətlərinə göstərilən diqqətə görə mərkəzin rəhbərliyinə təşəkkür edərək Ənvər Xojinazarovu Azərbaycana səfərə və Beynəlxalq Muğam Mərkəzini ziyarətə dəvət edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
14
azertag.az

1Sources