EN

Nadir Məmmədli: Azərbaycan dilinin dövlət statusunun yeni standartları hazırlanmalıdır

Azərbaycan dilinin dövlət statusunun yeni standartları hazırlanmalıdır.

"Far.Az" xəbər verir ki, bunu Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli "Ana dili: kimlik və gələcək" gənclərin iştirakı ilə respublika konfransının açılış mərasimində deyib.

Onun sözlərinə görə, Azərbaycan dilinin hələ də milli alqoritmi də yoxdur:

"Bu gün "narahatçılıq" və digər yanlış ifadələr çox yayılıb, xüsusilə gənc nəsil bu yöndə yanlışlara yol verir. Hesab edirəm ki, Azərbaycan dilinin dövlət statusunun yeni standartları hazırlanmalıdır. Başqa tərəfdən, terminoloji bazamızda kifayət qədər boşluqlar var, bununla bağlı xüsusi konsepsiya yaradılmalıdır. Ümumiyyətlə, Azərbaycan dilçiliyinin süni intellektlə uzlaşdırılması zəruridir".

Professor Azərbaycan dilinin etimoloji lüğətinin olmamasına da diqqət çəkərək bunu təəssüf doğuran hal kimi qiymətləndirib.

Chosen
35
far.az

1Sources