EN

Yeni mövsüm 237 komanda ilə başlayır

Moderator.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

2026-2027 mövsümündə UEFA-nın klub turnirlərinə qurumun 54 üzvünün 237 komandası dəvət alır (Rusiya yarışlardan kənardır).

Moderator.az bildirir ki, Çempionlar Liqasında 81, Avropa Liqasında 45, Konfrans Liqasında 111 komanda start götürəcək.

Hər üç turnirdə dörd təsnifat mərhələsi var. Çempionlar Liqasının birinci mərhələsində ələnənlər Konfrans Liqasına, qalan mərhələlərində ələnənlər Avropa Liqasına köçəcək, Avropa Liqası təsnifatlarında ələnənlər Konfrans Liqasına adlayacaq, 36 komandalıq liqa mərhələlərində ilk 8 pilləni tutanlar 1/8 finala, 9-24-cü yerləri tutanlar 1/16 finala çıxacaq.

Azərbaycan mövsümə 4 komanda ilə qatılır.

Çempionlar Liqasına birinci mərhələdən başlayacaq “Sabah”ın potensial rəqiblərindən bunlar bəllidir: İrlandiyadan “Şemrok Rovers”, Finlandiyadan KuPS, Kosovodan “Drita”, Cəbəllütariqdən “Linkoln”, Bosniyadan “Borats”, İslandiyadan “Vikinqur”, Qazaxıstandan “Kayrat”, Ruminiyadan “Universitatya” (Krayova), Latviyadan “Riqa”, Farer adalarından “Klaksvik”, Estoniyadan “Flora”, Şimali İrlandiyadan “Larn”, Moldovadan “Petrokub”.

Avropa Liqasının birinci mərhələsində yer alan “Qarabağ”ın 6 mümkün rəqibi var: “Jilina” (Slovakiya), “Voyvodina” (Serbiya), “Universitatya” (Kluj, Rumıniya), “Alüminiy” (Sloveniya), “Derri Siti” (İrlandiya), “Vestri” (İslandiya).

Konfrans Liqasında birinci mərhələdən start götürən “Neftçi”nin bu komandalarla üz-üzə gəlməsi mümkündür: “Velej” (Bosniya), “Virtus” (San Marino), “Liepaya” (Latviya), “İlves” (Finlandiya), “Santa Koloma” (Andorra), “Konnahs Kuey”, “Penybont”, “Karnarfon Taun” (Uels), “Bohemians” (İrlandiya), “Styarnan” (İslandiya), “Europa” (Cəbəllütariq), “İnter” (Finlandiya), “Malişeva” (Kosovo), “Yelimay” (Qazaxıstan), “Heqelmann” (Litva), “Runavik” (Farer adaları), “Sileks” (Şimali Makedoniya), “Qlentoran” (Şimali İrlandiya), “Marsaxlokk” (Malta), “Kalyu” (Estoniya), “Mondorf-le-Ben” (Lüksemburq), “Petrovats” (Monteneqro).

Konfrans Liqasına ikinci mərhələdən başlayacaq “Turan Tovuz” bu komandalara tuş gələ bilər: “Braqa” (Portuqaliya), “Ayaks” (Niderland), “Kopenhagen” (Danimarka), “Panatinaikos” (Yunanıstan), “Rakov”, “Katovitse” (Polşa), “Partizan” (Serbiya), “Luqano”, “Syon” (İsveçrə), AEK (Kipr), “Başakşəhər” (Türkiyə), “Riyeka” (Xorvatiya), “Kluj” (Rumıniya), HİK (Finlandiya), “Zrinski” (Bosniya), “Brann” (Norveç), “Spartak” (Slovakiya), “Qradets” (Çexiya), “Austria” (Avstriya), “Vaduts” (Lixtenşteyn), “Nordsyaelland” (Danimarka), “Tobol” (Qazaxıstan), “Hibernian” (Şotlandiya), “Torshavn” (Farer adaları).

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
1
1
moderator.az

2Sources