EN

Azərbaycanda turistlər kartlarla ilk 4 ayda 464 mln. manat əməliyyat aparıblar

Turistlərin ödəniş kartları vasitəsilə Azərbaycanda aparılan əməliyyatların həcmi 2026-cı ilin aprel ayında 112.6 mln. manat təşkil edib.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-aprel dövründə bu göstərici 464.3 mln. manat olub, halbuki 2025-ci ilin eyni dövründə 390 mln. manat səviyyəsində qeydə alınmışdı.

Bu, illik müqayisədə  74.3 milyon manat və ya 19% artımdır.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycana 175 ölkədən 658.5 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib ki, bu da illik müqayisədə 10.5% azalma deməkdir. Gələnlərin əsas hissəsini Rusiya (26.7%), Türkiyə (22.4%), İran (8.7%) və Gürcüstan (5.3%) vətəndaşları təşkil edib.

Ümumi struktura görə 70.9%-i kişilər, 29.1%-i qadınlardır. Regionlar üzrə Avropa İttifaqından gələnlər 17.1%, MDB-dən 3.5% artıb, körfəz ölkələri üzrə isə 27.8% azalma qeydə alınıb. Nəqliyyat üzrə 69.1% hava, 29.3% quru və dəmir yolu, 1.6% dəniz nəqliyyatından istifadə olunub.

Eyni dövrdə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 4.8% azalaraq 602.4 min nəfər olub. Səfərlərin əsas istiqamətləri Türkiyə (40.8%), Rusiya (16.8%), Gürcüstan (10.8%) və İran (7.9%) olub. Gedənlərin 67.3%-i kişilər, 32.7%-i qadınlardır, səfərlərin 69.7%-i hava, 28.2%-i quru və dəmir yolu, 2.1%-i isə dəniz nəqliyyatı ilə həyata keçirilib.

Chosen
18
banker.az

1Sources