EN

Dünya çempionatına hazırlaşan Messi üçün PİS XƏBƏR

ABŞ-nin "İnter Mayami" klubunun ulduz hücumçusu Lionel Messi MLS-in müntəzəm çempionatı çərçivəsində "Filadelfiya"ya qarşı keçirilən ev oyununda zədələnib.
 
Moderator.az xəbər verir ki, "İnter Mayami"nin 6:4 hesablı qələbəsi ilə yekunlaşan bol qollu matçda Messi iki məhsuldar ötürmə ilə yadda qalıb.
 
Lakin 73-cü dəqiqədə argentinalı ulduz sol ayağını zədələnərək paltardəyişmə otağına yollanıb və onu meydanda Mateo Silvetti əvəzləyib. "İnter Mayami" rəhbərliyi futbolçunun yaşıl meydanlara nə vaxt dönəcəyi barədə hələlik heç bir rəsmi açıqlama verməyib.
 
Qeyd edək ki, bir müddət əvvəl Messi iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatı üçün Argentina yığmasının genişləndirilmiş heyətinə daxil edilib. Qrup mərhələsində hazırkı dünya çempionu olan Argentina seçməsi Avstriya, Əlcəzair və İordaniya komandaları ilə qüvvəsini sınayacaq.
Chosen
24
1
moderator.az

2Sources