EN

Çində leysan yağışları nəticəsində 3 nəfər öldü, 19 nəfər itkin düşdü

Çində güclü leysan yağışları nəticəsində azı 3 nəfər ölüb, daha 19 nəfər itkin düşüb.

Bu barədə "Sinxua” agentliyi məlumat yayıb.

Məlumata görə, Çuntsin şəhərinin Yunçuan rayonunda yağan güclü yağışlar nəticəsində 3 nəfər ölüb, 17 nəfər itkin düşüb.

Bundan əlavə, eyni şəhərin Beybey rayonunda daha iki nəfərin itkin düşdüyü bildirilir.

Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

 

Chosen
1
3
7news.az

4Sources