EN

AMEA: Qərbi Azərbaycan dialektoloji atlası hazırlanır

Hazırda Qərbi Azərbaycan dialektoloji atlası hazırlanır. Eyni zamanda, Dərbəndlə bağlı dialektoloji atlasın hazırlanması planlaşdırılır.

APA xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli “Ana dili: kimlik və gələcək” mövzusunda gənclərin iştirakı ilə keçirilən respublika konfransında deyib.

“Biz dünyanın istifadə etdiyi terminlərdən tam imtina edə bilmərik. Ancaq həmin terminlərin Azərbaycan dilində qarşılığı varsa, dilimizin saflığını qorumaq naminə məhz bu qarşılıqlardan istifadə etməliyik. Terminologiya üzrə lüğətlərin hazırlanması xüsusi əhəmiyyət daşıyır. AMEA-nın elmi-tədqiqat müəssisələrində müstəqillik illərində 100 terminoloji lüğət hazırlanıb”, - o bildirib.

Chosen
42
4
apa.az

5Sources