Ötən gecə İmişlidə ağır yol qəzası baş verib.
Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, saat 23 radələrində İmişli şəhəri ərazisində “Mercedes” və “Toyota” markalı avtomobillər toqquşub.
Nəticədə, 2 nəfər vəfat edib, daha 5 nəfər isə xəstəxanaya aparılıb.
Faktla bağlı İmişli RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.