EN

Çində sel təhlükəsi: "Qırmızı xəbərdarlıq" edildi, minlərlə insan təxliyə olundu

Çinin mərkəzi və şərq bölgələrində güclü yağışlar və sel təhlükəsi səbəbindən fövqəladə xəbərdarlıqlar elan olunub. Anhoy və Hubey əyalətlərində ən yüksək təhlükə səviyyəsi sayılan "qırmızı xəbərdarlıq" tətbiq edilib.

BAKU.WS xəbər verir ki, intensiv yağışlar səbəbindən dağlıq ərazilərdə qəfil sel riski xeyli artıb. Yerli hakimiyyət orqanlarına real vaxt rejimində monitorinq aparmaq və təhlükəli ərazilərdə yaşayan sakinləri təxliyə etmək tapşırılıb.

Çinin cənub-qərbində yerləşən Çonçin bölgəsində baş verən sel nəticəsində 3 nəfər ölüb, 19 nəfər isə itkin düşüb. Bölgədə 1805 nəfər təhlükəsiz ərazilərə köçürülüb.

Rəsmilər bildiriblər ki, bir sıra rayonlarda çaylarda suyun səviyyəsi kritik həddi keçib. Hazırda axtarış-xilasetmə və fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Çin Fövqəladə Halların İdarəolunması Nazirliyi bölgəyə xüsusi işçi qrup göndərərək zərərçəkənlərə yardım və vəziyyətin qiymətləndirilməsi işlərinə başlayıb.

Chosen
2
1
far.az

2Sources