Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya ilk dəfə Ukraynaya səfər edib.
Bizim.Media xəbər verir ki, bu barədə “RBC-Ukrayna” məlumat yayıb.
Tixanovskaya ilk dəfə Kiyevə Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə gedib.
Onu Ukrayna paytaxtına Belarusun Birgə Keçid Nazirlər Kabinetinin nümayəndə heyəti və demokratik qüvvələrin müşavirlərindən ibarət nümayəndə heyəti müşayiət edib.
Səfər zamanı Tixanovskaya Ukrayna liderləri ilə görüşlər keçirəcək və Ukraynanın bərpasına dəstək verməyə həsr olunmuş Beynəlxalq Şəhərlər və Regionlar Sammitində iştirak edəcək.
Bizim.Media