EN

Məşhur cütlüyün ayrılıq xəbəri yayıldı 18 illik sevgi bitdi? (FOTOLAR)

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkiyə şou-biznesinin ən uzunmüddətli münasibətlərindən birini yaşayan məşhur müğənni Ferhat Göçer və sevgilisi Ömür Gedikin ayrılması barədə yayılan iddialar şou-biznesin əsas gündəminə çevirilib.Demokrat.az Türkiyə mediasına istinadən xəbər verir ki, 2008-ci ildən bəri birlikdə olan cütlüyün yollarını ayırması haqqındakı şayiələrə Ferhat Göçerin yaşadığı villanın heyvan sığınacağına döndüyünü, evdə ikinci dərəcəli insan rəftarı gördüyünü bildirməsi və Ömür Gedikin daha əvvəl pişiklərə görə evi tərk edərək 30 ev heyvanı ilə başqa mənzilə köçdüyünü etiraf etməsi şayə yaradıb.Bu xəbərdən sonra pərəstişkarları tərəfindən münasibətlərin tamamilə bitdiyi düşünülsə də, Ömür Gedik rəsmi sosial şəbəkə hesabı vasitəsilə növbəti bir açıqlama yayaraq ayrılıq xəbərlərinin tamamilə yalan və əsassız olduğunu bildirib.Öz paylaşımında hər şeyin qaydasında olduğunu vurğulayan Gedik, izləyicilərinə müraciət edərək Ferhat Göçerlə ayrılmadıqlarını, yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini və pişiklərin hamısının hələ də onunla birlikdə qaldığını qeyd etməklə aralarındakı gərginliyin tamamilə düzəldiyini bildirib.

Chosen
36
demokrat.az

1Sources