ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Bakıda sürücünün təhlükə saçan hərəkətləri avtomobildəki kameraya qeyd olunub. Avtosfer.az xəbər verir ki, hadisə mayın 20-də, paytaxtın Həsən Əliyev küçəsində qeydə alınıb. Belə ki, 90-PQ-661 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüsü öncə sağ zolağa qəfil manevr edərək görüntünü qeydə alan avtomobilin qarşısına keçib. Daha sonra isə yüksək sürətlə hərəkətinə davam edərək qarşıdakı avtomobilləri sağdan ötmə edib.
Sözügedən videonu təqdim edirik.
Fərid
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.