EN

CHP qərargahında xaos: Kılıçdaroğlu və Özəl tərəfdarları üz-üzə gəldi

Ankara’da CHP qərargahı ətrafında gün boyu gərgin anlar yaşanıb. Məhkəmənin partiya qurultayı ilə bağlı verdiyi “mütləq etibarsızlıq” qərarı siyasi böhranı daha da dərinləşdirib.

News365.az xəbər verir ki, qərarın çatdırılması üçün Ankara Regional Ədalət Məhkəməsinin nümayəndələri birbaşa CHP-nin mərkəzi binasına gəlib. Bildiriş təqdim olunduqdan sonra partiyanın hazırkı sədri Özgür Özel qərargahı tərk edib.

Bundan qısa müddət sonra məhkəmə qərarı ilə yenidən CHP rəhbərliyinə qaytarıldığı bildirilən Kemal Kılıçdaroğlunun tərəfdarları partiya binası önünə toplaşıblar. Binaya daxil olmaq istəyən qrupla, içəridə olan və Özgür Özəli dəstəkləyən şəxslər arasında qarşıdurma yaranıb.

Qərargahın həyətində vəziyyət daha da gərginləşib. İddialara görə, çöldən gələn qrupun üzərinə daş və müxtəlif əşyalar atılıb. Hadisələrin böyüməsinin qarşısını almaq üçün bina girişləri avtomobillərlə bağlanıb.

Polis qüvvələri CHP qərargahının yerləşdiyi ərazidə geniş təhlükəsizlik tədbirləri görüb. Küçələr nəqliyyata bağlanıb, əlavə çevik qüvvə dəstələri bölgəyə cəlb olunub. Polis baryerlərini aşmağa çalışan bəzi qruplara müdaxilə edilib.

Məlumata görə, təhlükəsizlik qüvvələri vəziyyətə nəzarəti tam təmin etmək məqsədilə partiyanın qərargah binasına da daxil olub.

Xatırladaq ki, Celal Çelik mayın 23 və 24-də Ankara Polis İdarəsinə müraciət edərək, partiyanın hüquqi təmsilçilik səlahiyyətinin artıq Kılıçdaroğlunda olduğunu, lakin əvvəlki rəhbərliyin qərargahı boşaltmadığını bildirmişdi. Vəkil təhlükəsizlik orqanlarından məsələyə müdaxilə olunmasını istəmişdi.

Chosen
38
news365.az

1Sources