sport24.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi dünən baş tutan "Filadelfiya Yunion"la (6-4) oyunun 73-cü dəqiqəsində zədə səbəbindən əvəzlənib. Sport24.az xəbər verir ki, matçdan sonra tanınmış jurnalist Qaston Edul zədənin təfərrüatları barəsində sosial mediada paylaşım edib:
"Lionel Messi bud əzələlərinin dartılması səbəbindən əvəz olunmasını istəyib. Ancaq məlum olub ki, zədə qorxusu yoxdur. Messi sadəcə, ağrı hiss etdiyi nahiyənin həddindən artıq yüklənməsinin və daha da ağırlaşmasının qarşısını almaq üçün oyunu davam etdirməyib".
Qeyd edək ki, DÇ-2026 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Argentina Əlcəzair, Avstriya və İordaniya ilə birlikdə A qrupunda yer alır. Argentina son dünya çempionudur.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.