EN

Keçmiş məcburi köçkün: Cəbrayıldan çıxanda 17 yaşım var idi

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 25 may, AZƏRTAC

Cəbrayıldan məcburi köçkün düşəndə 17 yaşım var idi, indi isə 50 yaşın içindəyəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin ki, bu sevinci bizə yaşatdılar. Çox sevincli və həyəcanlı gündür.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında açıqlamasında Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən keçmiş məcburi köçkün Ruhiyə Yadigarova söyləyib.

O deyib: "Ailəmiz ilə birlikdə öz kəndimizə, elimizə-obamıza qayıdıram. Mən tibb bacısıyam. Fəaliyyətimə Cəbrayılda davam edəcəyimə ümid edirəm".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
26
2
azertag.az

3Sources