EN

"Fox News": ABŞ və İran çərçivə sazişini təxminən 95 % razılaşdırıblar

ABŞ və İran çərçivə sazişini təxminən 95 % razılaşdırıblar.

"Report" xəbər verir ki, "Fox News" telekanalı bu barədə mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatına görə, Tehran çərçivə sazişi ilə prinsipcə razılaşıb, lakin tərəflər ayrı-ayrı müddəaların müzakirəsini davam etdirirlər.

"Bizim nüvə arsenalı və Hörmüz boğazı ilə bağlı razılaşmamız var, lakin mətni müzakirə edirik", - adı açıqlanmayan ABŞ rəsmisi telekanala bildirib.

O qeyd edib ki, saziş yaxın günlərdə imzalanmayacaq, ABŞ Prezidenti Donald Tramp tərəflərə sənədi yekunlaşdırmaq üçün daha 5-7 gün vaxt verə bilər.

"Fox News"un mənbəyinin məlumatına görə, razılıq əldə olunmasa, ABŞ İrana qarşı hərbi hücumları bərpa etməyi nəzərdən keçirə bilər.

Chosen
84
far.az

1Sources