EN

“Barselona”nın Joao Pedro planına “Çelsi” səddi

Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.

İngiltərənin “Çelsi” futbol komandasının hücumçusu Joao Pedronun adı İspaniyanın “Barselona” futbol klubu ilə hallansa da, London təmsilçisinin mövqeyi dəyişməz qalır.

İdman.Biz xəbər verir ki, insayder Ben Ceykobsun məlumatına görə, “Barselona”nın braziliyalı futbolçuya marağı realdır və tərəflər arasında ilkin xarakterli təmaslar baş tutub. Buna baxmayaraq, “Çelsi” 24 yaşlı hücumçunu satmağa hazırlaşmır.

Klubun mövqeyi sərtdir və London təmsilçisinin transferlə bağlı geri addım atması gözlənilmir.

Joao Pedro ötən yay “Brayton”dan “Çelsi”yə keçib və komandadakı ilk mövsümündə bütün turnirlərdə 20 qol vurub. Bu göstərici onun “Barselona”nın hücum xətti üçün əsas namizədlərdən biri kimi gündəmə gəlməsinə səbəb olub.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
90
icma.az

1Sources