EN

Azarkeşlərə görə oyun 1 saat gec başladı

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Futbol üzrə İtaliya çempionatının dünən keçirilən "Torino" - "Yuventus" matçı nəzərdə tutulandan 1 saat gec start götürüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb azarkeşlər arasında tribunalarda yaşanan iğtişaş olub.

Əslində, komandaların azarkeşləri arasında qarşıdurma oyundan bir neçə saat əvvəl matçın keçirildiyi "Stadio Olimpiko de Torino"min ətrafında və tribunalarda davam edib. Yerli mətbuatın verdiyi məlumata görə, "Yuventus"un azarkeşlərindən biri ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. O, başından zərbə alıb. Qarşıdurma təhlükəsizlik xidmətinin əməkdaşları və polis tərəfindən yatırıldıqdan sonra oyun başlayıb.

Qeyd edək ki, hazırda oyun davam edir. İlk hissədən sonra "Yuventus" 1:0 hesabı ilə öndədir.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
41
525.az

1Sources