EN

Premyer Liqa Qubada yay istirahətinə çıxdı - VİDEO

Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, XXXIII turun son matçında “İmişli” “Karvan-Yevlax”ı qəbul edib.

Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Baş hakim İnqilab Məmmədovun idarə etdiyi görüşdə ilk qolu 27-ci dəqiqdə qonaqların oyunçusu Peter Kinqs vurub. 90+4-cü dəqiqədə isə Dioqo Kardozu hesabı bərabərləşdirib.

15 xalla sonuncu pillədə qərarlaşan “Karvan-Yevlax”ın Premyer Liqanı tərk edəcəyi daha əvvəl dəqiqləşmişdi. 34 xalı olan “İmişli” isə mövsümü 9-cu sırada başa vurub.

Chosen
80
sportinfo.az

1Sources