EN

İran ABŞ-ni əvvəlki razılaşmalardan geri çəkilməkdə ittiham edib

Tehran vasitəçilərlə aparılan danışıqlarda əsas məsələlər üzrə Vaşinqtonun mövqeyini dəyişdiyini bildirir...

İran tərəfi ABŞ-ni əvvəl əldə olunmuş razılaşma çərçivələrindən geri çəkilməkdə ittiham edib.

Poliqon xəbər verir ki, bu barədə Al Jazeera telekanalına məlumat verən iranlı mənbəyə istinadən bildirilir ki, Tehran Vaşinqtonun iki əsas istiqamətdə mövqeyini sərtləşdirdiyini hesab edir.

Məlumata görə, söhbət İran aktivlərinin dondurulmasının aradan qaldırılması mexanizmi və Livanda atəşkəsin miqyası ilə bağlı məsələlərdən gedir. İran rəsmiləri bildirir ki, ABŞ bu istiqamətlərdə əvvəl razılaşdırılmış prinsiplərdən uzaqlaşır.

Hazırlanan memorandum layihəsində Livanda atəşkəs üçün çərçivə şərtləri nəzərdə tutulsa da, İsrail tərəfi bu sənəddə ona Livanda hərbi əməliyyatları davam etdirməyə imkan verəcək formulun saxlanılmasını tələb edir. İsrail bu yanaşmanı “təhlükələrə cavab” adı altında əməliyyatların davamı üçün əsas kimi görür. İran isə belə yanaşmanın qəbuledilməz olduğunu bildirərək tam və davamlı atəşkəs tələb edir.

İran rəsmiləri vasitəçilərə, o cümlədən Pakistana bildiriblər ki, sənədin bütün bəndləri tam razılaşdırılmadan heç bir memorandum imzalanmayacaq. Pakistan tərəfi isə mübahisəli məsələlərin sonrakı mərhələyə saxlanılması və razılaşdırılmış bəndlər üzrə irəliləmə təklif etsə də, Tehran bunu qəbul etməyib.

İranın mövqeyinə görə, mübahisəli məqamlar əsas xarakter daşıyır və ayrıca mərhələyə keçirilməsi mümkün deyil. Rəsmilər hesab edir ki, ABŞ diplomatik kanallar və vasitəçilər üzərindən əldə olunmuş əvvəlki razılaşmalardan tədricən geri çəkilir.

Poliqon.info

Chosen
41
poliqon.info

1Sources