EN

Füzulidə ildırım at belində kişini vurub öldürdü

BAKI, 24 may. TELEQRAF

Füzulidə ildırım 77 yaşlı kişini at belində vuraraq öldürüb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Zobuçuqqəsəbəsində baş verib.

Əslən Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndindən olan Hacıyev Əlyar Güləhməd oğlu at ilə qoyun təsərrüfatında hərəkətdə olarkən ildırım onu vurub. Baş vermiş hadisə nəticəsində Ə.Hacıyev hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır

Chosen
152
3
teleqraf.com

10Sources