EN

İran ABŞ nin Fars körfəzinə müdaxiləsi halında NPT dən çıxa biləcəyini açıqladı

Sherg.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ-nin Fars körfəzinə müdaxilə cəhdi İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmasına səbəb ola bilər.

Teleqraf xəbər verir ki, bu barədə İranın ali liderinin müşaviri Möhsün Rzayi açıqlama verib.

O bildirib ki, Hörmüz boğazına qarşı hər hansı təcavüz və Fars körfəzinə müdaxilə cəhdi İran tərəfindən sərt, ağrılı və misli görünməmiş cavabla qarşılanacaq.

Rzayinin sözlərinə görə, İran belə bir vəziyyətdə ciddi cavab tədbirləri görəcək, o cümlədən dəniz blokadasını yarmağa çalışacaq.

İranın “Tasnim” agentliyinin yaydığı məlumata əsasən, Möhsün Rzayi NPT-dən çıxma ehtimalını Tehranın strateji alternativlərindən biri adlandırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
21
1
sherg.az

2Sources