EN

5 NATO ölkəsi Ukraynaya yardımla bağlı təklifi bloklayıb

ain.az bildirir, Azpost portalına istinadən.

NATO üzvü olan beş dövlət Ukraynaya məcburi hərbi yardımla bağlı təklifi bloklayıb.

Azpost.info bildirir ki, The Telegraph qəzetinin məlumatına görə, Birləşmiş Krallıq, Fransa, İtaliya, İspaniya və Kanada Mark Ruttenin Alyans ölkələrini hər il Ukraynaya ÜDM-in ən azı 0,25%-ni ayırmağa məcbur etmək təşəbbüsünə qarşı çıxıblar.

NATO-nun baş katibi Alyansın iyul sammitində təklifi təsdiqləməyə ümid edirdi. Lakin sonradan yekdil dəstəyin olmaması səbəbindən onun həyata keçirilməyəcəyini etiraf edib.

Polşa, Baltikyanı ölkələr, Hollandiya və Şimali Avropa artıq Kiyevə yardım üçün təklif olunan məbləğdən daha çox pul xərcləyir.

Rutte əvvəllər bəzi NATO ölkələrinin kifayət qədər iş görmədiyini və Avropanın ABŞ-ı əvəz edərək Ukraynanın dəstəyinin əsas yükünü öz üzərinə götürməli olduğunu bildirmişdi.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
19
22
azpost.info

10Sources