EN

Premyer Liqadan göndərilən baş məşqçi Portuqaliya klublarının diqqətində 

Premyer Liqada qalmağı bacaran “İmişli” baş məşqçisi ilə yolları ayırıb.

İdmanxeber.az-ın məlumatına görə, bölgə təmsilçisi Jorje Kaşkilyaya yeni müqavilə təklif etməyib. O, artıq komanda ilə vidalaşıb və ölkəsinə gedəcək.

Portuqaliyalı mütəxəssis mövsümün sonuncu turu “Karvan-Yevlax”la görüşdən sonra bu barədə açıqlama verib.

Əldə etdiyimiz digər məlumata görə, təcrübəli çalışdırı karyerasını Portuqaliyanın II Liqasında davam etdirə bilər. Onunla sözügedən çempionatdan maraqlan klublar var.

Kaşkilya Azərbaycanda qalmağa müsbət yanaşsa da, mütəxəssisə ölkəmizdən ciddi təklif olmadı.

Chosen
57
idmanxeber.az

1Sources