Bakıda və Abşeron yarımadasının bəzi yerlərində mayın 25-də fasilələrlə yağış yağacağı gözlənilir.
Aznews.az xəbər verir ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.
Azərbaycanın rayonlarında mayın 26-sı axşamadək bəzi yerlərdə qeyri-sabit, yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.