EN

ABŞ-İran sazişinin imzalanması təxirə salınıb

Tramp administrasiyası sənəd üzrə bəzi detallərin hələ də razılaşdırılmadığını bildirib...

ABŞ ilə İran arasında gözlənilən sazişin bu gün imzalanması ehtimalı zəifləyib.

Poliqon xəbər verir ki, bu barədə Axios nəşri Tramp administrasiyasındakı yüksəkvəzifəli rəsmiyə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ administrasiyasının nümayəndəsi bildirib ki, tərəflər arasında razılaşmanın mətnində bəzi detallər hələ də dəqiqləşdirilməlidir və bu səbəbdən sənədin imzalanması bu gün baş tutmaya bilər. Rəsmi şəxs danışıqların konkret ifadələr və hüquqi formulirovkalar üzərində davam etdiyini vurğulayaraq qeyd edib ki, “bizim üçün vacib olan bəzi sözlər və onlar üçün vacib olan bəzi sözlər” üzrə müzakirələr sürür.

Mənbənin sözlərinə görə, İranın siyasi sistemi qərarların təsdiqlənməsi baxımından daha ləng işlədiyi üçün yekun razılaşmanın zəruri təsdiq proseslərindən keçməsi bir neçə gün də tələb edə bilər.

ABŞ tərəfi hesab edir ki, Müctəba Xamenei sazişin ümumi çərçivəsini artıq təsdiqləyib. Bununla belə, Vaşinqton yekun mərhələdə bu sənədin tam və son razılaşmaya çevrilib-çevrilməyəcəyinin hələ aydın olmadığını vurğulayıb.

Poliqon.info

Chosen
23
poliqon.info

1Sources