EN

Trump: İranla danışıqlar nizamlı və konstruktiv şəkildə davam edir

Bakı, 24 may, AZƏRTAC

İranla danışıqlar nizamlı və konstruktiv şəkildə davam edir.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb. O bildirib ki, nümayəndələrinə saziş mətni ABŞ tərəfdə olan müddətdə razılaşmaya tələsməməyi tapşırıb. Tramp deyib ki, blokada razılaşma əldə edilənə, təsdiqlənənə və imzalanana qədər tam qüvvədə qalacaq.

“Hər iki tərəf vaxt ayırmalı və düzgün hərəkət etməlidir. Heç bir səhv ola bilməz. İranla münasibətlərimiz daha peşəkar və məhsuldar bir münasibətə çevrilir. Lakin onlar başa düşməlidirlər ki, nüvə silahı və ya bombası hazırlaya, yaxud əldə edə bilməzlər”, - deyə ABŞ Prezidenti əlavə edib.

O, Yaxın Şərq ölkələrinə dəstəyə və əməkdaşlığa görə təşəkkür edib və bunun həmin ölkələrin “Abraham” sazişinə qoşulmasını sürətləndirə biləcəyini deyib. Tramp gələcəkdə İranın da bu sazişə qoşulmaq istəyəcəyini istisna etməyib.

 

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Chosen
17
3
azertag.az

4Sources