EN

Gəncədə ağır qəza, xəsarət alanlar var

Gəncə şəhərində iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumatına görə, hadisə bu gün günorta saatlarında şəhərin Əziz Əliyev prospekti və Mirzə Abbas Abbaszadə küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, “Chevrolet Equinox” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı Gəncə tibb mərkəzinə çırpılıb.

İlkin əldə etdiyimiz məlumata görə, hadisə nəticəsində iki nəfər xəsarət alıb. Həmçinin avtomobil tamamilə yararsız vəziyyətə düşüb.

Fakt araşdırılır.

Davud Tarverdiyev / Metbuat.az

Chosen
17
metbuat.az

1Sources