EN

Türkiyə XİN: Terrorla mübarizədə Pakistanla həmrəyik

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

İstanbul, 24 may, AZƏRTAC

Bu gün Pakistanın Bəlucistan əyalətində sərnişin qatarını hədəf alan terror hücumunu ən sərt şəkildə qınayır, həlak olanlara Allahdan rəhmət diləyir, onların yaxınlarına və Pakistan xalqına başsağlığı veririk.

AZƏRTAC xəbər verir ki, bu ifadələr Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında yer alıb.

Mətndə, bölgənin sülh və sabitliyini hədəf alan bu cür hücumların qəbuledilməz olduğu vurğulanıb, Türkiyənin terrorla mübarizədə Pakistanla həmrəy olduğu bir daha bəyan edilib.

Günel Karatepe

AZƏRTAC

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
29
8
azertag.az

9Sources