EN

Qaxlı müəllimlər atıcılıq üzrə yarışda bacarıqlarını sınayıblar

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Qax, 24 may, AZƏRTAC

28 May – Müstəqillik Günü münasibətilə Qax rayonunda ümumtəhsil məktəblərinin və Peşə liseyinin müəllimləri arasında pnevmatik tüfəngdən hədəfə atəş açmaq idman növü üzrə rayon turniri keçirilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Qax rayonu üzrə gənclər və idman sektorundan məlumat verilib.

Bildirilib ki, Regional İdarənin və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qax rayon komitəsinin birgə təşkilatçılığı ilə rayonun Alatəmir kəndində yerləşən “Doctorbio Qax Eco Park”da təşkil edilən yarışda 30-dək müəllim hədəfə sərrast atəş açmaq bacarıqlarını nümayiş etdiriblər.

Yarışın keçirilməsində məqsəd pnevmatik tüffəngdən atıcılıq idman növünü təbliğ etmək, müəllimlər arasında sağlam rəqabəti inkişaf etdirmək, kollektiv ruhu, dostluq və qarşılıqlı ünsiyyəti gücləndirməkdir.

Turnirin yekun nəticələrinə əsasən, kişilərin yarışında Rasim Məmmədov qalib gəlib. Nəsib Mirzəyev və Tariyel Məmmədov müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Qadınların yarışında isə Şəhla Məmmədova birinci yerə layiq görülüb. Svetlana Kərimova yarışı ikinci, Nigar Hüseynova isə üçüncü pillədə başa vurublar.

Yarışın qalibləri təşkilatçılar tərəfindən medal, diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Müxbir – Mustafa Dadaşov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
17
azertag.az

1Sources