EN

Gəncədə sürücü avtomobili tibb mərkəzinə çırpıb

GƏNCƏ, 24 may. TELEQRAF

Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospekti və Mirzə Abbas Abbaszadə küçəsinin kəsişməsində baş verib.

"Chevrolet Equinox" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında Gəncə tibb mərkəzinə çırpılıb. İlkin məlumata görə, hadisə nəticəsində iki nəfər xəsarət alıb. Həmçinin avtomobil yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma başlanılıb.

Chosen
33
12
teleqraf.com

10Sources