EN

“Sabah”ın ÇL-də ilk mümkün rəqibləri bəllidir! – ARENA.AZ

Futbol üzrə Azərbaycan çempionu “Sabah”ın UEFA Çempionlar Liqasının (ÇL) 1-ci təsnifat mərhələsindəki mümkün rəqibləri müəyyənləşib.

Arena.az xəbər verir ki, ÇL-in 1-ci təsnifat mərhələsinin püşkü iyunun 16-da atılacaq.

“Sabah” püşkatmada “səpələnməmişlər” səbətində yer alacaq. Azərbaycan çempionunun rəqibləri isə “səpələnmişlər” səbətindəki bu 14 komandadan biri olacaq:

“Şemrok Rovers” (İrlandiya)
TNS (Uels)
“Vikinqur” (İslandiya)
“Larne” (Şimali İrlandiya)
“KuPS” (Finlandiya)
“Kayrat” (Qazaxıstan)
“Petrokub” (Moldova)
“Flora” (Estoniya)
“Linkoln” (Cəbəllütariq)
“Universitatya” (Krayova, Rumıniya)
“Klaksvik” (Farer adaları)
“Drita” (Kosovo)
“Borats” (Bosniya və Herseqovina)
“Riqa” (Latviya)

Səpələnmişlər: “Şemrok Rovers” (İrlandiya), “KuPS” (Finlandiya), “Drita” (Kosovo), “Linkoln” (Cəbəllüttariq), “Boraç” (Bosniya və Herseqovina), “Vikinqur” (İslandiya), “Kayrat” (Qazaxıstan), “Universitatya” (Krayova, Rumıniya), “Riqa” (Latviya), “Klaksvik” (Farer adaları), “Flora” (Estoniya), “Larne” (Şimali İrlandiya), “Petrokub” (Moldova), TNS (Uels).

Səpələnməmişlər: “İnter” (Andorra), “Levski” (Bolqarıstan), “Ararat” (Ermənistan), “Sabah” (Azərbaycan), “Kauno” (Litva), “Sutyeska” (Monteneqro), “ETO Dyor” (Macarıstan), “İberiya” (Gürcüstan), “Floriana” (Malta), “Tre Fiori” (San Marino), “Vardar” (Şimali Makedoniya), “Vitebsk” (Belarus), “Atert Bissen” (Lüksemburq), Albaniya çempionu.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin oyunları iyulun 7/8-də və 14/15-də keçiriləcək.

Azərbaycan çempionu “Sabah” ÇL-də ilk raundu uğurla adlaya bilsə, növbəti mərhələdə qarşılaşmaq ehtimalı olan klublardan 7-si artıq bilinir. Belə ki, təmsilçimiz turnir uğurlu start götürsə, 2-ci raundun püşkatmasında “səpələnməmişlər”də qərarlaşacaq.

Valdas Dambrauskasın yetirmələrinin həmin mərhələdəki mümkün rəqibləri “Srvena Zvezda” (Serbiya), “Dinamo” (Zaqreb, Xorvatiya), “Slovan” (Slovakiya), “Lex” (Polşa), “Çelye” (Sloveniya), “Omoniya” (Kipr) və “Hapoel”dir (Beer-Şeva, İsrail). Digər 5 potensial rəqib 1-ci təsnifat mərhələsinin nəticələrindən asılı olacaq.

“Orhus” (Danimarka), “Tyun” (İsveçrə) və “Myalbü” (İsveç) isə zəiflərin səbətində yer alacağı üçün “Sabah”a rəqib olmayacaqlar.

Qeyd edək ki, Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin püşkü iyunun 17-də atılacaq. Bu raundun oyunları 22-23 və 28-29 iyul tarixlərində baş tutacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
36
9
arena.az

10Sources