Ermənistan və Avropa İttifaqı (Aİ) ən geci iki il ərzində viza rejimini ləğv edəcək.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan seçkiqabağı kampaniya çərçivəsində seçicilərlə görüşündə bildirib.
"Ermənistan və Aİ arasında viza rejiminin liberallaşdırılması məsələsi iki ildən gec olmayaraq həll ediləcək... O vaxta qədər sizə sadəcə pasport və bileti özünüzlə götürməyi unutmamaq qalacaq", - o bildirib.