EN

Paşinyan: Ən geci 2 il sonra Ermənistan və Aİ arasında vizasız rejim olacaq

Ən geci 2 il sonra Ermənistan və Avropa İttifaqı arasında vizasız rejim olacaq.

APA xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

Hazırda Vətəndaş Müqaviləsi Partiyasının lideri qismində seçicilərlə görüş keçirən Nikol Paşinyan deyib ki, maksimum 2 il ərzində Ermənistan vətəndaşları “Şirak” hava limanından Larnaka şəhərinə vizasız uça biləcəklər.

Xatırladaq ki, Ermənistan ilə Avropa İttifaqı arasında viza rejiminin liberallaşdırılması üzrə danışıqlar rəsmi olaraq 2024-cü ilin dekabr ayında başlayıb.

Chosen
18
50
apa.az

10Sources