Leyla Əliyeva və Alena Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət etdilər - FOTOLAR
Ajans.az xəbər verir ki, qonaqlar mərkəzdə təşkil olunan sosial və yaradıcı fəaliyyətlərlə yaxından tanış olub, uşaqlarla birgə müxtəlif tədbirlərdə iştirak ediblər. Mərkəzə gələn Leyla Əliyeva və Alena Əliyeva əvvəlcə uşaqlarla birlikdə həyətyanı sahədə meyvə və dekorativ ağaclar əkiblər.