EN

ABŞ İranla bağlı heç nəyə nail ola bilmədi - Şapiro

ABŞ prezidenti Donald Trampın İranla bağlı məcbur qaldığı razılaşma zəif olsa da, Tramp üçün döyüşlərin davam etdirilməsindən ən az zərərli olanıdır.

"Ölkə.az" xəbər verir ki, bunu ABŞ-nin İsraildəki keçmiş səfiri Den Şapiro bildirib.

"Bu müharibə hər tərəfli düşünülməmişdi. Aydın strateji məqsədlər və onlara nail olmağın yolu yox idi. Mövcud razılaşma Trampın seçə biləcəyi ən az təhlükəli variantlardan biridir. Ən azından o, daha böyük qlobal iqtisadi böhrana səbəb olacaq müharibəni qızışdırmır", - deyə Şapiro sosial mediada yazıb.

Şapiro əlavə edib ki, ABŞ nə İranın ballistik raketləri, nə də regional müttəfiqləri şəbəkəsi ilə bağlı heç bir şeyə nail ola bilməyib.

Elvin

Ölkə.az

Chosen
89
50
olke.az

10Sources